Prezident Qəbələdə səfərdə olub

Xəbərlər

09.04.2024 - 16:47

İlham Əliyev açılışlarda iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda səfərdə olub.

AYNA xəbər verir ki, dövlət başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edib, “Azərişıq” ASC-nin 110/35/10 kV-luq “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin açılışında iştirak edib.

Prezident həmçinin 160 çarpayılıq Qəbələ Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş