Həsən Həsənovun yerinə Nərgiz Qurbanova səfir təyin olunub
Prezident İlham Əliyev Həsən Əziz oğlu Həsənovun Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.
AYNA xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytında məlumat verilib.
Prezidentin digər sərəncamı ilə Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
O, Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.