Prezident Milli Məclisin yeni tərkibdə keçirilən ilk iclasında iştirak edir

Xəbərlər

10.03.2020 - 11:00

Həkimlər Klinikalar SEO Xidməti

İclasda təşkilatı məsələlərə baxılır

 

Milli Məclisin yeni tərkibdə ilk iclası başlayıb. AYNA xəbər verir ki, iclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.

 

İclasdan əvvəl Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputat vəsiqələrini təqdim edib.

 

İclasda Dövlət Himni səsləndirilib.

 

Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, parlamentin ilk iclasını ən yaşlı deputat aparır və bu missiya deputat Ziyad Səmədzadəyə nəsib olub.

 

İclasın gündəliyinə 1 məsələ - Təşkilatı məsələlər daxil edilib.

 

İclasda əvvəlcə Hesablayıcı komissiya, sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək. 

 

Parlamentdə çoxluq təşkil edən YAP Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə Hicran Hüseynovanın namizədliyini irəli sürüb. Bitərəf deputatlar isə parlamentin sədr müavini vəzifəsinə Adil Əliyevin namizədliyini irəli sürüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş