Prezident Milli Məclisə təqdimat verdi: Elman Rüstəmov vəzifəsindən azad edilir

Xəbərlər

11.04.2022 - 15:38

Həkimlər Klinikalar SEO Xidməti

Baş bankir Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilir, yerinə Taleh Kazımov gətirilir

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib. Bu barədə AYNA-ya Milli Məclisdən bildirilib. 

Hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin plenar iclasında müzakirə üçün tövsiyə edib.

Parlamentin plenar iclası sabah keçiriləcək. 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş