Ölkə başçısı Moldova, Liviya və Vatikanın yeni səfirlərinin etimadnaməsini qəbul edib
Noyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev Moldova Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenkonun etimadnaməsini qəbul edib.
Prezident həmçinin Liviya Dövlətinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naserin, Vatikanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Marek Solçinskinin etimadnaməsini də qəbul edib.


