Prezident Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı paylaşım edib: "Qəbuledilməzdir!"

Aktual

27.01.2023 - 12:53

İlham Əliyev: "Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılmasını tələb edirik"

Azərbaycan Prezidenti İlham Əliyev Tehranda səfirliyimizə hücumu qınayıb.

AYNA xəbər verir ki, dövlət başçısı şəhid olan təhlükəsizlik xidmətinin əməkdaşının yaxınlarına başsağlığı verib.

"Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir", - deyə ölkə başçısının paylaşımında qeyd edilib.

Müəllif: Ayna.az