Nazirliyin budəfəki videoçarxı Abdullayev Anar Azər oğluna həsr olunub
Müdafiə Nazirliyi Azərbaycan ordusunun qələbələrində əməyi olan hərbi qulluqçularımızla bağlı videoçarx hazırlamağa davam edir. AYNA xəbər verir ki, budəfəki videoçarx baş leytenant Abdullayev Anar Azər oğluna həsr olunub.
Bildirilib ki, o, vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə hədəflərə atılan dəqiq atəşlə düşmənin bir sıra strateji obyektlərini, canlı qüvvələrini, top və haubitsalarını, zirehli texnikalarını, atəş vasitələrini və dayaq məntəqələrini məhv edib.