Prezident Altay Həsənovu təltif edib

Xəbərlər

04.02.2021 - 21:29

Dövlət başçısı sərəncam imzalayıb 

 

Prezident İlham Əliyev Altay Həsənovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

AYNA xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Altay Tofik oğlu Həsənov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

Qeyd edək ki, Altay Həsənov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisidir. Bu gün onun 60 yaşı tamam olur.

Müəllif: Ayna.az