"Əgər kimsə Polşa dövlətinin sərhədini qanunsuz keçməyə cəhd edərsə, sadəcə güllələnməlidir"
Polşa prezidentliyinə namizəd, siyasətçi Slavomir Mentzen dövlət başçısı seçiləcəyi təqdirdə Polşa sərhədindəki qeyri-qanuni miqrantların güllələnəcəyini bildirib. AYNA xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
"Əgər kimsə Polşa dövlətinin sərhədini qanunsuz keçməyə cəhd edərsə, sadəcə güllələnməlidir", - siyasətçi deyib.
Mentzen həmçinin söz verib ki, əgər dövlət başçısı postunu tutsa, onun fikrincə, hazırda Qərb ölkələrində, Polşada və məktəblərdə geniş yayılan “solçu ideologiyaya qarşı mübarizə aparacaq”.
Hazırda Mentzen prezident seçkilərində iştirakını rəsmən elan edən yeganə siyasətçidir. Namizəd millətçilər və avroskeptiklərin konfederasiya koalisiyasına daxil olan Yeni Ümid Partiyasının sədridir.