Polşadakı azərbaycanlı tələbədən maraqlı aksiya - <font color=red> FOTO</font>

Xəbərlər

25.01.2021 - 13:49

“Beynəlxalq dostlar qrupu” adlı “WhatsApp” qrupu yaradaraq ölkəmizlə bağlı informasiyaları paylaşırlar

 

Polşanın İqtisadiyyat və İnsan Elmləri Universitetinin magistrantı Zaur Əsədzadə Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı maraqlı aksiya təşkil edib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən AYNA-ya verilən məlumata görə, soydaşımız universitetdə təhsil alan Ukrayna, İraq, Misir, Afrika ölkələri, Türkiyə, Türkmənistan, Gürcüstan, Belarus, Qazaxıstan, Serbiya, Rusiya və sair dövlətlərdən 200-ə yaxın tələbədən ibarət “Beynəlxalq dostlar qrupu” adlı “WhatsApp” qrupu yaradaraq ölkəmizlə bağlı informasiyaları paylaşır.

 

Vətən müharibəsində qazandığımız tarixi Qələbə, Xocalı soyqırımı, Qarabağ münaqişəsinin tarixi kökləri və digər məsələlərlə bağlı paylaşımlar edən soydaşımız qrup üzvlərini 20 Yanvar faciəsi ilə bağlı da məlumatlandırıb. Faciə ilə bağlı şəkilləri, məlumatları qrupda paylaşan Z.Əsədzadə tələbələrin suallarını cavablandıraraq onları dəqiq və dolğun məlumatlarla təmin edir.

Müəllif: Ayna.az