Polşa üç rus diplomatı ölkədən çıxaracaq

Dünya

28.10.2024 - 16:41

Həkimlər Klinikalar SEO Xidməti

Rəsmi Varşava Poznandakı Baş Konsulluğun bağlanmasından sonra daha üç rusiyalı diplomatı ölkədən çıxarır

Polşa hakimiyyəti Poznandakı Baş Konsulluğun bağlanmasından sonra daha üç rusiyalı diplomatı ölkədən çıxarır. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Rusiyanın Polşadakı səfiri Sergey Andreyev bildirib.

Polşa Xarici İşlər Nazirliyinin (XİN) notasında qeyd olunan ultimatum texniki işçilərə şamil edilməyib. Çıxarış rəsmi olaraq qalmaq hüququna malik olan texniki personala şamil olunmur.

Qeyd edək ki, daha əvvəl Andreyev Rusiyanın Poznandakı Baş Konsulluğunun noyabrın 30-u gecəyədək bağlanacağını bildirmişdi.

Bundan əvvəl Polşa XİN Rusiya diplomatik missiyasının on əməkdaşına ölkəni tərk etməklə bağlı ultimatum göndərib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş