Varşava PUA düşməsini bunu “qəsdən törədilmiş təxribat” və “Polşaya qarşı növbəti düşmənçilik aktı” kimi qiymətləndirir
Polşa Xarici İşlər Nazirliyi ölkənin şərqində pilotsuz uçuş aparatının (PUA) düşməsi ilə bağlı Rusiyaya etiraz notası təqdim edib. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.
Bildirilib ki, Varşava bunu “qəsdən törədilmiş təxribat” və “Polşaya qarşı növbəti düşmənçilik aktı” kimi qiymətləndirir.