Polşa Ottava Konvensiyasından çıxır

Dünya

26.06.2025 - 14:51

cedabet dərman SEO Xidməti

Konvensiyadan çıxmağın lehinə 413 deputat, əleyhinə 15 deputat səs verib

Polşa Seymi ölkənin Piyada əleyhinə minalar haqqında Konvensiyadan (Ottava Konvensiyası) çıxması haqqında qanun layihəsini səsə qoyub. AYNA.AZ xəbər verir ki, bu barədə Polşa Parlamentinin saytında məlumat yerləşdirilib.

Bildirilib ki, Ottava Konvensiyasından çıxmağın lehinə 413 deputat, əleyhinə 15 deputat səs verib. Üç deputat isə bitərəf qalıb.

Polşanın Baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosiniyak-Kamış qanun layihəsinin əsaslandırılmasını təqdim edərək bildirib ki, belə bir qərar “regionun təhlükəsizliyinin təmin edilməsi üçün açardır”.

"Polşanı vətənini müdafiə etməyə mane olan heç bir məhdudiyyət ola bilməz" deyə bildirib.

Polşa 1998-ci ildə Ottava Konvensiyasını ratifikasiya edib. Sənəd Polşa üçün 1999-cu il martın 1-də qüvvəyə minib.

Bundan əvvəl Litva və Latviya Ottava Konvensiyasından çıxıb. Bu sənədin denonsasiyası haqqında qərar Estoniya və Finlandiya parlamentləri tərəfindən də dəstəklənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş