Polkovnik: “Yalan məlumatlar yaymaqla təsəlli tapırlar”

Siyasət

01.10.2020 - 17:21

Vaqif Dərgahlı: “Bu gün Azərbaycan HHQ-yə məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb”

 

“Ermənistan tərəfinin guya bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 3 təyyarə, 2 helikopter və 6 PUA-nın vurulması ilə bağlı məlumatı dezinformasiyadır”.

 

AYNa xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

 

Dərgahlı bildirib ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb.

 

“HHQ-nin bütün döyüş aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir. Görünən odur ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla təsəlli tapırlar", - deyə nazirlik rəsmisi qeyd edib.

 

Müəllif: Ayna.az