“Tramp Ukraynadakı döyüşləri dayandırmaq istədiyi qədər Yaxın Şərqdəki döyüşləri də bitirmək istəyir”
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Yaxın Şərqdə hərbi əməliyyatlara məhdudiyyət qoymasından məyus olacaq. AYNA xəbər verir ki, bu barədə “Politico” mənbələrinə istinadən yazıb.
“Netanyahu hələ istədiyi hər şeyi əldə edə bilməyib. Tramp ona “kart-blanş” vermək niyyətində deyil. Əgər Netanyahu buna ümid edirsə, düşünürəm ki, o, məyus olacaq və yanaşmasına yenidən baxmalı olacaq. Çünki Tramp Ukraynadakı döyüşləri dayandırmaq istədiyi qədər Yaxın Şərqdəki döyüşləri də bitirmək istəyir”, - deyə adı açıqlanmayan mənbə söyləyib.
Mənbənin sözlərinə görə, İsrailin Baş naziri seçkilərdəki qələbəsini Təl-Əviv üçün daha əlverişli hesab etməsinə baxmayaraq, Tramp “hələ də Netanyahu fanatı deyil”.
Nəşr qeyd edib ki, seçilmiş Amerika lideri İranla bağlı netanyahu ilə eyni mövqeyə malik olduğuna dair verdiyi zəmanətə baxmayaraq, hələ də silahlı münaqişədə İsrailin fəaliyyət azadlığını məhdudlaşdırmaq niyyətindədir.
Daha əvvəl məlum olub ki, Tramp ABŞ Prezidenti postuna əyləşməzdən əvvəl Netanyahudan Qəzza zolağında müharibəni dayandırmağı xahiş edib.