Polisdən “Xaşxaş-2023” əməliyyatı

Xəbərlər

07.06.2023 - 12:38

Ağdaşda yarım tona yaxın narkotik tərkibli bitki məhv edilib

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, keçirilən tədbir zamanı Pirəzə kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 400 kiloqramdan artıq olan 502 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Müəllif: Ayna.az