Polis bölgələrdə gücləndirilmiş iş rejiminə keçib

Xəbərlər

19.12.2023 - 11:43

Polislər hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə fasiləsiz xidmət aparırlar

Polis əməkdaşları bir sıra bölgələrdə gücləndirilmiş rejimdə çalışırlar. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, polis əməkdaşları hava şəraiti ilə əlaqədar respublikamızın bir sıra bölgələrində gücləndirilmiş rejimdə fasiləsiz xidmət aparırlar.

“102” - Zəng Mərkəzinə daxil olan 38 çağırış üzrə dağ və meşə yollarında vətəndaşlara kömək göstərilib, onların gedəcəkləri ünvanlara çatdırılması təmin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş