Poçt şöbələri bayram günlərində növbəli rejimdə işləyəcək

Cəmiyyət

05.03.2022 - 17:09

Həkimlər Klinikalar SEO Xidməti

“Azərpoçt” MMC qeyri-iş günlərindəki iş rejimi ilə bağlı məlumat yayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq, növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.

MMC-dən AYNA-ya verilən məlumata görə, 6, 7, 8 mart tarixlərində qeyd edilən poçt şöbələri aşağıdakı rejimdə işləyəcək:

- Mərkəzi Poçt Şöbəsi saat 09:00-18:00;

- 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi saat 10:00-17:00;

- 2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri saat 09:00-17:00;

- 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri saat 10:00-17:00;

- 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi saat 09:00-17:00;

- Regionlarda yerləşən müştəri xidməti şöbələri saat 10:00-17:00.

İstehsalat zərurəti ilə əlaqədar olaraq 1 saylı Poçt Filialının 66 və 152 saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək.

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş