“Bəli, biz Kremldə bu bəyanatları təhlil etməyə davam edirik”
“Rusiya tərəfi ABŞ Prezidenti Donald Trampın Rusiya ilə bağlı son bəyanatlarını təhlil etməkdədir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
“Bəli, biz Kremldə bu bəyanatları təhlil etməyə davam edirik”, o qeyd edib.
Peskovun sözlərinə görə, Rusiya lideri lazım bildiyi halda Trampın sözlərini şərh edəcək.
İyulun 14-də NATO-nun baş katibi Mark Rutte ilə görüşdə Tramp “50 gün ərzində Ukraynada münaqişənin həllində irəliləyiş əldə olunmasa, Rusiya neftini alan ölkələrə 100%-ə qədər ikinci dərəcəli rüsumlar” tətbiq ediləcəyini açıqlayıb.