Pensiyalar tam ödənilib

Xəbərlər

21.04.2026 - 20:34

Respublika üzrə aprel ayının pensiya ödənişləri yekunlaşdırılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Qeyd olunub ki, aprelin 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin aprel ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş