Paytaxtın bir hissəsində real təhlükə: <font color=red> Kaş, ağıllarına gələydi...</font>

Cəmiyyət

15.08.2020 - 23:05

Sərnişinlər böyük növbələrdə həm vaxt itirir, həm koronavirusa yoluxma riski daşıyırlar

 

"Gənclik" metrostansiyasının foyesi avqustun 11-i səhər saatlarından etibarən “Bakıkart”ların balansını artırmaq üçün ödəniş terminallarından istifadə etmək istəyən vətəndaşların üzünə açıldı. Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatında qeyd olunduğu kimi, sərnişinlərdən foyelərdə maskalardan istifadə etmələri və sosial məsafəni qorumaları istənilir. Agentlik sərnişinlərə terminalların qarşısında növbələrin çox olmasına və koronavirusun yayılma təhlükəsinin qarşısını almaq üçün əvvəlcədən “Bakıkart”ın balansının doldurulmasına diqqət etmələrini tövsiyə edir.

 

BNA-nın karantin səbəbindən metronun bağlanması zamanı boş dayanmaması və vətəndaşların qayğısına qaması təqdirəlayiqdir. Ancaq eyni zamanda, Agentliyin bu addımını heç cür uzaqgörən adlandırmaq olmaz. "Gənclik" metrostansiyasının foyesi sərnişinlər üçün "Bakıkart"ın balansını doldurmaq üçün açıldı, amma "Koroğlu" stansiyasında niyə bu praktikadan istifadə edilmir?

Bu ilin sonuna qədər

“Gənclik” stansiyası şəhər mərkəzinə yaxın yerləşir və Bakının bu hissəsinin bir çox sakinləri çoxsaylı avtobus dayanacaqlarında “Bakıkart”ın balansını doldura bilərsə, "Koroğlu" metrostansiyasının ərazisində bu işi yalnız eyni adlı nəqliyyat mərkəzində yerləşən ödəniş məntəqəsində etmək olar. “Koroğlu” stansiyası bağlandı və buna görə hər səhər ödəniş nöqtəsində “Bakıkart”ın balansını doldurmaq üçün böyük bir növbə yaranır.

 

Nəzərə alsaq ki, Bakı kəndlərindən gələn sərnişin avtobuslarının son dayanacağı, məhz “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzidir (NMM) , o zaman çox sayda sərnişinin “Bakıkart”ın balansını doldurması üçün ehtiyacını təsəvvür etmək olar. Axı, Bakı qəsəbələrində balansın doldurulması üçün ödəniş terminalları yoxdur. Bu, “Koroğlu” NMM-dəki ödəniş nöqtəsində böyük bir növbənin yaranmasına səbəb olur. Üstəlik, növbədə bir çoxları sosial məsafəni saxlamır və koronavirusun yayılması riskinə baxmayaraq, tibbi maskadan da istifadə etmirlər.

 

Ümid edək ki, tezliklə BNA rəsmilərinin “Bakıkart”ın balansını doldurmaq üçün əlavə ödəmə terminalları quraşdırmaq və ya “Koroğlu” metrostansiyasının foyesini açmaq da ağıllarına gələcək. Bu vaxta qədər isə sərnişinlər böyük növbələrdə dayanaraq, həm vaxt itirəcək, həm də özlərini koronavirus infeksiyasına yoluxmaq riski altında qoymağa davam edəcəklər...

Müəllif: Asif Aydınlı