Paşinyandan Ter-Petrosyana cavab: “Özü kimi saxtakarın yanında dayanmalıdır”

Dünya

08.06.2025 - 15:36

cedabet dərman SEO Xidməti

“Levon Ter-Petrosyan Ermənistanda seçkilərin saxtalaşdırılması praktikasının banisidir”

“Levon Ter-Petrosyan Ermənistan Respublikasında seçkilərin saxtalaşdırılması praktikasının banisidir və təbii ki, o özü kimi eyni adamın, saxtakarın yanında dayanmalıdır”.

AYNA.AZ xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan öz “Facebook səhifəsində ölkənin birinci Prezidenti Levon Ter-Petrosyanla bağlı paylaşımında qeyd edib.

Qeyd edək ki, ötən gün Ter-Petrosyan Eçmiədzində bütün ermənilərin katolikosu II Qareginlə söhbət edib. Keçmiş Prezident Ermənistan hakimiyyətinin 1700 illik tarixi olan erməni kilsəsinə təcavüzünü pisləyərək, Ali Patriarxı tam dəstəklədiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş