“Paşinyan yenə də beynəlxalq ictimaiyyət qarşısında aciz vəziyyətə düşdü” - <font color=red> Spiker</font>

Siyasət

19.06.2020 - 12:34

Sahibə Qafarova: “Dövlət başçısı Ermənistan hakimiyyətinin danışıqları pozmaq cəhdlərini açıq mətnlə ifşa etdi”

 

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında Prezident İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında sammitindəki çıxışından söz açıb. AYNA-nın xəbərinə görə spiker xatırladıb ki, iyunun 18-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında sammiti keçirilib.

 

Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqının doqquz üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb: “Prezident İlham Əliyev sammitdə vurğuladı ki, biz artıq Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik və mətnin 90 faizi artıq razılaşdırılıb. Buna görə də belə bir mərhələdə sammitin keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir”.

 

Bununla yanaşı, Qafarova diqqətə çatdırıb ki, Prezidentin çıxışında digər məqam isə ölkə başçısının növbəti dəfə Ermənistanın baş nazirini ifşa etməsidir.

 

“Möhtərəm Prezident Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli barədə ölkəmizin qəti və ədalətli mövqeyini bir daha beynəlxalq ictimaiyyətə çatdırdı. Dövlət başçısı Ermənistan hakimiyyətinin danışıqları pozmaq cəhdlərini açıq mətnlə ifşa etdi. Dedi ki, son günlər Ermənistan beynəlxalq təşkilatlar tərəfindən münaqişəyə dair qəbul edilmiş müvafiq sənədlərə əməl etmir, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirir, Ermənsitan danışıqların mahiyyət və formatını məhv etməyə çalışır. Azərbaycan Prezidentinin səslədirdiyi təkzibedilməz faktlar və dəlillər qarşısında Ermənistanın Baş naziri Nikol Paşinyan yenə də beynəlxalq ictimaiyyət qarşısında aciz vəziyyətə düşdü”, - deyə Milli Məclis sədri vurğulayıb.

Müəllif: Ayna.az