Ahıska türklərinin Qazanbatanında - Sürgündən 75 il sonra - <font color=red> FOTOLAR</font>

Siyasət

23.11.2019 - 12:21

Həkimlər Klinikalar SEO Xidməti

Jurnalistlərin Saatlı rayonuna səfəri təşkil olunub

 

Ahıska türklərinin sürgün olunmasının 75 illiyi münasibəti ilə Türkiyənin Azərbaycandakı səfirliyi və Türkiyə iş adamları birliyinin birgə təşkilatçılığı ilə bir qrup jurnalist Saatlı rayonuna səfər edib. AYNA xəbər verir ki, media nümayəndələri Saatlı rayonundakı ahıska türklərinin məskunlaşdığı Qazanbatan kəndində qonaq olub.

 

İlk öncə kəndin girişində ahıska türklərinin sürgün olunmasını simvolizə edən 75 ədəd ağac əkilib. Sonra jurnalistlər Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral, TUİB başqanı Hüseyn Büyükfırat ahıska türklərinin ən yaşlı nümayəndələrindən olan 98 yaşlı Ənsər Rizmanovu ziyarət edib. 

 

Ənsar Rizmanov mərhum Prezident Heydər Əliyev və Prezident İlham Əliyevin ahıska türklərinə diqqət və qayğısından danışıb: "Mərhum Heydər Əliyev bizə çox qayğı göstərirdi. İndiki Prezident İlham Əliyevdən də çox razıyıq. Azərbaycana və Türkiyəyə bizə göstərdiyi diqqət və qayğıya görə çox təşəkkür edirik. Azərbaycan və Türkiyə hər zaman bizim yanımızda olub. Bizə ilk yardım edən türk iş adamı Hüseyn Büyükfıratdan hamımız razıyıq. Cənab səfir və Saatlı Rayon İcra başçısı Nazim İsmayılovun da bizə diqqətini də unuda bilmərik".

Müəllif: Mərahim Nəsib

Simurq

Dünən, 16:45 Mədəniyyət