Azərbaycanla Türkiyə arasında hərbi protokol imzalanıb

Siyasət

07.11.2019 - 14:58

Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb

 

Bakıda Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işini başa vurub. Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

 

İclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın vəziyyəti, inkişaf perspektivləri müzakirə edilib, eləcə də qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas istiqamətlər müəyyənləşdirilib və 2020-ci il üçün fəaliyyət planı razılaşdırılıb.

 

Görüşün sonunda iclasının yekunlarına dair Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında protokol imzalanıb.

 

Bu formatda növbəti görüşün gələn il Türkiyədə keçirilməsi planlaşdırılır.

Müəllif: Ayna.az