Paşinyan: "Yaxın gələcəkdə biz konkret razılaşmalar əldə edə biləcəyik"

Aktual

09.06.2022 - 16:56

Həkimlər Klinikalar SEO Xidməti

"Bütün region üçün, sabitlik və sülh üçün bu strateji əhəmiyyətli məsələni həll edə biləcəyik"

"Rusiya və Ermənistan strateji tərəfdaşlar və müttəfiqlərdir. Bizim münasibətlərimizin gündəliyi geniş və çoxşaxəlidir. Bunlar həm ikitərəfli münasibətlərə aid məsələlərdir, həm də regional və beynəlxalq məsələlərdir". AYNA erməni mediasına istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

Paşinyan qeyd edib ki, gündəlikdəki əsas məsələ regional təhlükəsizlik, Qarabağ nizamlanmasıdır: "Biz Rusiya ilə bu məsələni və digər məsələləri, regional kommunikasiyaların açılmasını çox intensiv müzakirə edirik. Bu günlərdə Moskvada Ermənistan, Rusiya və Azərbaycan Baş nazir müavinlərinin sədrliyi ilə Üçtərəfli İşçi Qrupunun iclası keçirilib. Ümid edirəm ki, yaxın gələcəkdə biz konkret razılaşmalar əldə edə biləcəyik". 

"Nəhayət, bütün region üçün, sabitlik və sülh üçün bu strateji əhəmiyyətli məsələni həll edə biləcəyik”, - Paşinyan vurğulayıb.

Qeyd edək ki, Rusiyanın XİN başçısı S.Lavrov İrəvanda səfərdədir. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş