Paşinyan: "Rusiyaya mal ixracı ilə bağlı problemlər vaxtaşırı yaranır və həll olunur"

Dünya

01.05.2026 - 13:02

“Ermənistan həmişə maye qaz və digər mallar üçün alternativ bazarlar axtarır”

"Rusiyaya mal ixracı ilə bağlı problemlər müxtəlif sahələrdə zaman-zaman ortaya çıxır və həll olunur”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində Rusiyaya “Cermuk” mineral suyunun ixracı ilə bağlı yaranan problemlər barədə sualı cavablandırarkən deyib.

Baş nazir əlavə edib ki, Ermənistan həmişə maye qaz və digər mallar üçün alternativ bazarlar axtarır: "Bu məsələ gündəmimizdə qalacaq”.

Xatırladaq ki, Rusiya “Cermuk” mineral suyunun bir partiyasının satışını qadağan edib.

Qeyd edək ki, Ermənistan artıq bir müddətdir maye qaz çatışmazlığı yaşayır və hakimiyyət bunu İrandakı hadisələrlə əlaqələndirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş