Paşinyan: “Noyabradək sülh müqaviləsinin imzalanması ideyası ilə razıyam”

Aktual

07.05.2024 - 16:04

“Danışıqlar platformalarında razılaşdırılmış bütün prinsiplər sülh müqaviləsində qeyd edilməlidir”

“Noyabr ayına qədər sülh müqaviləsinin imzalanması ideyası ilə razıyam”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə görüşündə deyib.

“Danışıqlar platformalarında razılaşdırılmış bütün prinsiplər sülh müqaviləsində qeyd edilməlidir. Bu prinsipləri müəyyən etmək və imzalamaq lazımdır. Ümid edirəm ki, bu irəliləyiş Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda gözlənilən görüşündə qeydə alınacaq”, - Paşinyan bildirib.

Müəllif: Ayna.az