Paşinyan nazirliklərin maşınlarının sayını azaldır

Dünya

31.12.2024 - 08:46

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir nazirliklərin avtoparkına qarşı “barışmaz müharibə” elan edib

Ermənistanın Baş naziri Nikol Paşinyan nazirliklərin avtoparkına qarşı “barışmaz müharibə” elan edib. AYNA xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilib ki, 2025-ci ildə bir çox nazirliklərdə yalnız bir rəsmi avtomobil saxlanılacaq. Belə ki, Xarici İşlər Nazirliyində əvvəlki 15 avtomobil əvəzinə nazirə xidmət edəcək bir avtomobil qalacaq. Səhiyyə Nazirliyində də doqquz avtomobildən yalnız bir avtomobil qalacaq. Ekologiya Nazirliyi avtomobil parkını 13-dən bir avtomobilə endirəcək.

Digər nazirliklərdə də optimallaşdırma prosesinin davam etdiyi vurğulanıb. Lakin Müdafiə Nazirliyi və Xarici Kəşfiyyat Xidməti dövlət sirrini əsas gətirərək xidməti avtomobillərin sayı barədə məlumat verməkdən imtina ediblər. Milli Assambleya və Daxili İşlər Nazirliyi məlumatların hazırlanması üçün əlavə vaxt istəyib.

Yada salaq ki, bir müddət əvvəl Ermənistanın “Hraparak” qəzeti Paşinyanın ölkənin Xarici İşlər Nazirliyinin avtomobil parkını demək olar ki, tamamilə ixtisar etdiyini yazmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş