Paşinyan: “Ermənistanın elektrik şəbəkələrinin milliləşdirilməsi planı hazırdır”

Dünya

24.06.2025 - 17:46

cedabet dərman SEO Xidməti

Ermənistanın Baş naziri Karapetyanın həbsi fonunda şirkəti milliləşdirmək planlarını açıqlayıb

“İş adamı və “Taşir” Şirkətlər Qrupunun prezidenti Samvel Karapetyana məxsus Ermənistanın Elektrik Şəbəkələrinin milliləşdirilməsi planı hazırdır”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Biz tezliklə praktiki mərhələyə qədəm qoyacağıq. Proseslər Ermənistan qanunvericiliyinə uyğun olaraq baş verəcək", - Paşinyan qeyd edib.

Paşinyan Karapetyanın həbsi fonunda şirkəti milliləşdirmək planlarını açıqlayıb.

Qeyd edək ki, iş adamı iyunun 18-nə keçən gecə İrəvanda saxlanılıb. Bundan əvvəl o Erməni Apostol Kilsəsini dəstəkləyib.

“Taşir”in rəhbərinə qarşı cinayət işi açılıb. Karapetyan Ermənistanda hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur. Məhkəmə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş