“KTMT-dən de-yure çıxıb-çıxmayacağımız başqa məsələdir; mən bunu deyə bilmərəm”
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Ermənistandan kənd təsərrüfatı məhsulları daşıyan yük maşınlarının ölkəyə girişinə mane olmaq qərarı barədə heç bir məlumata malik olmadığını açıqlayıb. Bu barədə AYNA.AZ erməni mediasına istinadən bildirir.
Baş nazir jurnalistlərə deyib: "Hazırda bizdə belə bir rəsmi məlumat yoxdur".
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) haqqında danışan Paşinyan Ermənistanın bu struktur daxilində işi gücləndirmək üçün addımlar atmaq niyyətində olmadığını bir daha vurğulayıb.
“Ermənistan KTMT-də fəallıq göstərmək niyyətində deyil. KTMT-dən de-yure çıxıb-çıxmayacağımız başqa məsələdir; mən bunu deyə bilmərəm. Biz vəziyyətə əsasən hərəkət edəcəyik", - deyə o əlavə edib.