“Rəsmi vəzifələrinə məhəl qoymayan və siyasi intriqalarla məşğul olan ASC-nin əməkdaşları işdən çıxarılacaqlar”
“Rəsmi vəzifələrinə məhəl qoymayan və siyasi intriqalarla məşğul olan “Ermənistan Elektrik Şəbəkələri” ASC-nin əməkdaşları işdən çıxarılacaqlar”. AYNA.AZ “Armenpress”ə istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində yazıb.
Baş nazir vurğulayıb ki, ASC-nin əməkdaşlarını mitinqlərə məcbur edənlər də məsuliyyətə cəlb olunacaqlar: “İlk iki qrupa müqavimət göstərən və xidməti vəzifələrinə sadiq qalan əməkdaşların heç bir problemi olmayacaq”.
“İndi ilk iki qrupa tabe olmadıqları üçün işdən çıxarılanlar iyulda işlərinə bərpa olunacaq və onlara ödənilməmiş maaşlar ödəniləcək”, - Paşinyan qeyd edib.