Paşinyan: "Azərbaycanla delimitasiya üzrə Komissiyanın Qarabağla əlaqəsi yoxdur"

Siyasət

14.06.2022 - 12:44

Paşinyan: Rusiya Ermənistanın strateji partnyoru və müttəfiqidir, amma onun Azərbaycanla da çox yaxın münasibətləri var

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın Qarabağla əlaqəsinin olmadığını bildirib. AYNA xəbər verir ki, o, bu barədə “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib. O, Bakı və İrəvan arasında fərqli danışıqlar formatının olduğunu və bu formatlardan birinin delimitasiya məsələsinə aid olduğunu vurğulayıb.

Paşinyanın sözlərinə görə, Azərbaycan-Ermənistan dialoqunun ikinci istiqaməti tərəflər arasında münasibətlərin normallaşmasıdır.

“Nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasını nəzərdə tutan 3-cü istiqamət də var”, - deyə Paşinyan diqqətə çatdırıb.

Jurnalistin “Rusiya bu məsələdə daha çox Azərbaycanı dəstəkləyir” sualına Ermənistan hökumətinin rəhbəri “Rusiya Federasiyası Ermənistanın strateji partnyoru və müttəfiqidir, amma onun Azərbaycanla da çox yaxın münasibətləri var”, - deyə cavab verib.

O, bu xüsusda Rusiyanın Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının icrasında qarant kimi rolunun göründüyünü əlavə edib.

Müəllif: Ayna.az