“Gürcüstanda dövlət çevrilişinə hazırlıqların davam etdiyinə dair çoxlu elementlər var”
“Gürcüstanda dövlət çevrilişinə hazırlıqların davam etdiyinə dair çoxlu elementlər var”. AYNA gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili deyib.
“Çox şey göstərir ki, 27 oktyabra və konstitusiyaya zidd hakimiyyət dəyişikliyinə hazırlıq davam edir. Buna çevriliş və ya başqa bir şey deyə bilərsiniz. Bu, 2020-ci ildəki cəhdin təkrarıdır”, - Papuaşvili vurğulayıb.
Spiker onu da əlavə edib ki, müxalifətin seçki kampaniyası xaricdən idarə olunur.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək.