Papuaşvili: “Avropa İttifaqı Gürcüstanı lağa qoyur”

Dünya

08.01.2026 - 17:33

Moldova və Ukrayna yalnız "Brüssel bürokratiyasını qəbul etməklə" Gürcüstandan öndədirlər

“Avropa İttifaqı Ukrayna və Moldovanın Aİ üzvlüyü yolunda Gürcüstandan öndə olduğunu deyəndə gürcü xalqını lağa qoyur". AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili deyib.

Spiker bildirib ki, "Ukrayna və Moldovanın obyektiv olaraq Gürcüstandan öndə olduğunu deyəndə gürcü xalqını lağa qoyur".

Papuaşvili vurğulayıb ki, Moldova və Ukrayna yalnız "Brüssel bürokratiyasını qəbul etməklə" Gürcüstandan öndədirlər.

O qeyd edib ki, "Onlar Brüsseli qəbul edirlər, çünki onlar seçilməmiş bürokratlar tərəfindən onlara verilən bütün tapşırıqları yerinə yetirirlər".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş