“Hərbi cəhətdən özümüzə, iqtisadiyyatımıza və ordumuza güvənirik"
“İranla heç bir birgə hərbi təlim planlaşdırılmır”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın müdafiə naziri Suren Papikyan mətbuat konfransında deyib.
O ötən il İranla birgə təlimlərin keçirildiyini xatırladıb: "Biz öz ərazimizdəyik, İran isə öz ərazisindədir. İndi heç bir məhdudiyyət yoxdur, amma planlaşdırılan təlimlər də yoxdur".
Müttəfiqlərlə münasibətlər barədə suala cavab olaraq o qeyd edib: "Münasibətlərimiz açıq və şəffafdır. Lakin hərbi cəhətdən özümüzə, iqtisadiyyatımıza və ordumuza güvənirik".