Papa Fransisklə Bayden arasında telefon danışığı olub

Dünya

20.12.2024 - 17:23

Həkimlər Klinikalar SEO Xidməti

Papa Baydeni yanvarda Vatikana səfərə dəvət edib

Roma Papası Fransisk ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub. AYNA xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı sülh səyləri, insan hüquqlarının təşviqi və dini azadlıqların qorunması istiqamətində müzakirələr aparılıb.

Papa Baydeni səlahiyyət müddəti başa çatmazdan əvvəl yanvarda Vatikana səfərə dəvət edib.

Qeyd edək ki, Bayden Ağ Evi tərk etməzdən əvvəl sonuncu səfərini yanvarın 9-12-də İtaliyaya və Vatikana edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş