9 nəfər həlak olub, 35 yaralı var
Pakistanın şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətində təhlükəsizlik qüvvələrinə qarşı kamikadze hücumu nəticəsində bir mülki şəxs və azı səkkiz hərbçi həlak olub.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, partlayıcı maddə ilə yüklənmiş nəqliyyat vasitəsinin Əfqanıstanla sərhəddə yerləşən Bajaur rayonundakı kəşfiyyat düşərgəsinə girməyə cəhd etməsi nəticəsində daha 35 hərbi qulluqçu yaralanıb.
Kəşfiyyat düşərgəsinin darvazası və ətraf divarları zədələnib.
Hücuma görə hələlik heç bir qrup terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.