Pakistan Ermənistanla münasibətlərinə aydınlıq gətirdi

Xəbərlər

14.01.2020 - 18:26

Həkimlər Klinikalar SEO Xidməti

Səfirlik: Pakistanın Ermənistanla diplomatik əlaqələr qurması barədə xəbərlər yalandır

 

Pakistanın Azərbaycandakı səfirliyi yerli KİV-də Pakistan və Ermənistan arasında diplomatik əlaqələrin qurulması barədə yayılan məlumatlara münasibət bildirib. AYNA xəbər verir ki, diplomatik nümayəndəliyin yaydığı açıqlamaya görə, Pakistanın Ermənistanla bağlı mövqeyində dəyişiklik yoxdur.

 

“2020-ci il yanvarın 10-da Azərbaycan yerli xəbər saytında Pakistanın Ermənistanla diplomatik əlaqələr qurmasını nəzərdən keçirdiyini iddia edən xəbər dərc olunub. Səfirlik Pakistanın Ermənistanı dövlət kimi tanıması ilə bağlı mövqeyində dəyişiklik olmadığını bəyan edir və əsassız olduğu üçün bu xəbəri təkzib edir”, - deyə açıqlamada qeyd olunub

 

Xatırladaq ki, bir neçə gün öncə bir sıra yerli KİV-də Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıyan və eyni zamanda Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir ölkə kimi tanımayan qardaş və dost Pakistan İslam Respublikası Ermənistanla diplomatik münasibətlər və müdafiə sahəsində əlaqələr qurmaq üçün bu dövlətin hakim dairələri ilə gizli danışıqlara başladığı iddia olunmuşdu. 

 

Qeyd edilmişdi ki, Pakistan və Ermənistan Xarici İşlər nazirliklərinin rəsmiləri arasında ilk təmaslar 2019-cu ilin mart ayının ortalarında olub. Belə ki, Pakistanın Xarici İşlər və Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmilərindən ibarət nümayəndə heyəti Ermənistana səfər edib və diplomatik əlaqələrin, həmçinin, hərbi əməkdaşlığın qurulmasına dair dialoqlar keçirilib. Yekun qərarın verilməsi üçün bu iki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin 2020-ci ilin birinci rübündə Londonda bir araya gəlməsi planlaşdırılıb.

 

Hətta o da iddia olunurdu ki, Pakistan bu il Ermənistanda səfirliyini açmağı da düşünür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş