Pakistan ABŞ-İran danışıqlarına hazırlaşır

Dünya

20.04.2026 - 17:00

İslamabad ABŞ və İranla diplomatik əlaqələri gücləndirib

akistan hakimiyyəti aprelin 21-də münaqişə tərəfləri arasında ikinci danışıqlar raundunun keçirilməsini təmin etmək məqsədilə ABŞ və İranla diplomatik əlaqələri gücləndirib. AYNA.AZ xəbər verir ki, bu barədə “Associated Press”  (AP) mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Pakistan tərəfi bazar ertəsi günü görüşün İslamabadda başlamasına hazırlaşıb. Baxmayaraq ki, görüşün keçirilməsini hələlik tərəflər rəsmi olaraq təsdiqləməyib.

Ölkə hakimiyyəti paytaxtda, xüsusən də nümayəndə heyətlərinin görüşəcəyi otelin ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib. Həmçinin bəzi yolları bağlayıb, nəzarət-buraxılış məntəqələrinə qoşun yerləşdirib və turistik yerlərə girişi bağlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş