Özbəkistandan Moskvaya uçan təyyarə təcili eniş edib

Dünya

30.12.2024 - 10:52

Həkimlər Klinikalar SEO Xidməti

Səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub

Rusiyanın “Aeroflot” şirkətinə məxsus olan və Fərqanə şəhərindən Moskvaya istiqamətlənən təyyarə Daşkənd havalimanına təcili eniş edib. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə “Uzbekistan Airports” şirkətindən məlumat verilib.

Qeyd olunub ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub. Nəticədə 1954-cü il təvəllüdlü qadın insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş