Xələfli kəndi ərazisində qanunsuz ov edən xarici ölkə vətəndaşları saxlanılıb
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı İmişli rayonu, Xələfli kəndi ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.
AYNA xəbər verir ki, bu barədə Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib. Qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Yəmən Respublikası vətəndaşı Al-Jaberı Mohammed Othman Hasan Munef və ABŞ vətəndaşı Al Saraj Hamad olduğu müəyyən edilib.
“Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”,- deyə Xidmət rəsmisi vurğulayıb.