27 yanğına çıxış olub
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən ötən sutka 7 nəfər xilas edilib. AYNA.AZ xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 27 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN qüvvələri tərəfindən ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib.