Ötən sutka 5 nəfər xilas edilib

Xəbərlər

01.03.2025 - 11:02

Həkimlər Klinikalar SEO Xidməti

50 yanğına çıxış olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən ötən sutka ərzində 5 nəfər xilas edilib. AYNA.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd olunub ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 50 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər xilas edilib, yanğınlar nəticəsində 14 nəfər təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənib, qəza-xilasetmə əməliyyatları zamanı 2 nəfərin meyiti təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş