Ötən gün törədilmiş 22 cinayətin üstü “isti izlər”lə açılıb

Xəbərlər

04.01.2021 - 17:16

Əvvəlki dövrlərdən bağlı qalmış bir cinayətin açılması təmin olunub

 

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 22 cinayətin üstünü “isti izlər”lə açıblar.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış bir cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

 

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

Müəllif: Ayna.az