Ötən gün ictimai yerlərdə 12 koronavirus xəstəsi saxlanılıb

Xəbərlər

07.12.2021 - 10:45

Həkimlər Klinikalar SEO Xidməti

Polislər tibbi prosedurları gözləməklə həmin şəxsləri yaşadıqları evə qaytarıblar

Dekabrın 6-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 12 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxsləri yaşadıqları evə qaytarıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən bir nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

 

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş