Daxili İşlər Nazirliyi məlumat yayıb
Ötən gün dələduzluqla bağlı axtarışda olan şəxslər tutulub.
Bu barədə AYNA.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının iyunun 13-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.