Ötən gün 54 nəfər saxlanılıb

Xəbərlər

09.05.2026 - 21:09

Borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Mayın 8-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, axtarışda olduğuna görə ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

⁠Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

⁠Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş