Ötən gün 50-dən çox silah-sursat polisə təhvil verilib

Xəbərlər

11.11.2023 - 13:11

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə dörd ov tüfəngi aşkar edilərək götürülüb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, noyabrın 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 2 patron darağı, 33 ədəd müxtəlif çaplı patron və 11 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə dörd ov tüfəngi aşkar edilərək götürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş