Oslo polisi məktəb yaxınlığında atışmadan sonra 3 nəfəri saxlayıb

Dünya

18.09.2024 - 21:19

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə yerindən mərmi gilizləri tapılıb

Norveç polisi paytaxt Osloda məktəb yaxınlığında baş verən atışmadan sonra 3 şübhəli şəxs saxlayıb.

AYNA xəbər verir ki, bu barədə “Reuters” agentliyi krallığın hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunur ki, hadisə yerindən mərmi gilizləri tapılıb. Polis atışmada bir nəfərin yaralandığından şübhələnir, lakin hələlik onun şəxsiyyəti müəyyən edilməyib.

Qeyd edək ki, Norveç paytaxtının şimal-şərq hissəsində yerləşən məktəbdə 480-ə yaxın şagird təhsil alır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş